
"Qalatasaray"da yaxşı nəticə göstərməyən və "Anderlext" matçından sonra yolları ayrılan Çesare Prandellinin yerinə Türkiyə Milli Komandasının məşqçilərindən biri Hamza Hamzaoğlu gətirilmişdi. Sportnet.az-ın məlumatına görə, aradan təxminən 1 ay keçsə də, "sarı-qırmızılılar" üçün Prandelli mövzusunun bağlanmayıb.
"TRT 1"-də yayımlanan "Stadium" proqramında "Qalatasaray"ı böyük bir təhlükənin gözlədiyi iddia edilib. Prandellinin 380 min Avroluq oktyabr və noyabr ayı üçün alacaqlarının ödənmədiyi və bu mövzu haqqında "Qalatasaray" klubuna bir məktub yazıldığı irəli sürülüb.
İtalyan məşqçi ödəmə edilməzsə və müqavilə problemi çözülməzsə "Qalatasaray"ı böyük bir təhlükənin gözlədiyini deyib. Mövzuyla əlaqədar vəkil Emin Özkurt, UEFA-nın Fair Play həssaslığını vurğulayaraq, italyan məşqçinin "Qalatasaray"ı şikayət etməsi halında, "sarı-qırmızılılar"a Avropadan mənfi qərar çıxa biləcəyini söyləyib.