
İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Perez "Mançester Yunayted"in heyətinə qatmaq istədiyi iddia edilən futbolçu Qaret Beyli satmayacaqlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Perez İspaniya mətbuatına açıqlamasında, Beyl haqqında çıxan transfer söz-söhbətlərinə aydınlıq gətirib.
"Mançester Yunayted"ən və ya başqa bir klubdan transfer təklifi almadıqlarını deyən Perez, "Transfer təklifini müzakirə etməyəcəyimiz bir ad varsa o da Beyldir. 150 milyon avro deyil, 300 milyon avroya belə satmağı düşünmürük" deyı bildirib.
"Real Madrid", 25 yaşlı Beyli 2013-ci ildə "Tottenhem"dən 91 milyon avro qarşılığında heyətinə qatmışdı. Birinci ilində komandanın müvəffəqiyyətində böyük rol oynayan futbolçu, bu mövsüm çıxdığı 22 matçda 11 qol vurub.