
İngiltərənin "Şeffild Vensdey" klubu tailandlılara satıla bilər. Sportnet.az-ın məlumatına görə, klubun prezidenti Milan Mandariç klubu taillandlılara satmaq üçün danışıqlara başlayıb.
Serbiyalı iş adamı klubu 30 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, "Şeffild Vensdey" azərbaycanlı iş adamı və "Bakı"nın prezidenti Hafiz Məmmədova məxsus idi. Lakin sentyabr ayının əvvəllərində həmin müqavilə qarşılıqlı olaraq ləğv olunub.
















































































