
Azərbaycanın adı futbolda danışılmış oyunların getdiyi ölkələr siyahısına daxil edilib. Sportnet.az-ın məlumatına görə, Hollandiyanın məhşur "Voetbal International" nəşri 2014-cü ildə Avropada ən çox danışılmış oyunlarda iştirak edən ölkələrin siyahısını tərtib edib.
Hollandiyalı həmkarlarımızın araşdırmasında ən çox oyun alqı-satğısı ilə məşğul olan 10 ölkə yer alıb. Azərbaycanın adı Bolqarıstan, İtaliya, Rusiya, Hollandiya, Uels, Litva, Şotlandiya kimi ölkələrdən sonra 8-ci pillədə göstərilib.