
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "Kundu Spor” komandası ilə qarşılaşan yığmamız böyükhesablı qələbə qazanıb – 8:0.
Qara Qarayev və Səid İbadov dubl edib. Hərəyə 1 dəfə Zaur Əzizov, Murtuzəli Abakarov, Famil Camalov və Oruc İsmayılov fərqlənib.
Qeyd edək ki, 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub. Yığmamızın üzvləri, eləcə də qarşılaşmanı idarə edən Elvin Əsgərovun rəhbəlik etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxıb.





































































