1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA-dan "Qarabağ"a daha bir şans - YENİLƏNDİ
UEFA-nın Etika və Nizam-İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda "Qarabağ"ın Avropa Liqasının İtaliya "İnter"i ilə Bakıdakı son tur matçında sayılmayan qolu ilə bağlı şikayətinə də baxılıb.
Toplantıda Ağdam klubunu vəkil qismində Qürur Qaye Günal təmsil edib. Bir saatadək davam edən müzakirələrdən sonra futbol qurumu "Qarabağ"ın şikayətini təmin etməyib. Günal şəxsi "Facebook" hesabı vasitəsilə yaydığı açıqlamada bildirib ki, UEFA kluba qərardan apellyasiya vermə şansı da yaradıb.
Qeyd edək ki, "İnter"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçın 90+4-cü dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi qaydalar çərçivəsində qol vurub. Lakin çexiyalı baş hakim Miroslav Zelinka həmin epizodda ofsayd olduğunu iddia edərək, qolu saymayıb. Bununla da görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib və təmsilçimiz 1/16 finala yüksələ bilməyib. Halbuki qələbə təqdirində, "Qarabağ" qrup ikincisi kimi mərhələ adlayacaqdı.