FIFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. Sportnet.az-ın məlumatına görə, Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda keçiriləcək oyunları idarə edəcək.
O, Almaniya, Çexiya, Slovakiya və İrlandiya yığmalarının görüşündə ədaləti təmsil edəcək. Oyunlar martın 26-dan 31-dək Almaniyada keçiriləcək. Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupda keçiriləcək qarşılaşmalarda fit çalacaq ki, burada Polşa, Belarus, Ş.İrlandiya və Yunanıstan milliləri yer alıb. U-17-lərin oyunları isə martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.
Qeyd edək ki, bu Orxan Məmmədovun baş hakim qismində ilk beynəlxalq təyinatı olacaq.