
Türkiyənin Antalya bölgəsində hazırlıqlara başlayan futbol üzrə Azərbaycan milli komandasının ilk məşqinin vaxtı müəyyənləşib. Sportnet.az-ın Antalyada olan əməkdaşının verdiyi məlumata görə, yığma üzvləri Bakı vaxtı ilə saat 18:30-da məşqə çıxacaqlar.
Çalışmalar millimizin məskunlaşdığı "Gloria Serenity" otelinin futbol meydançasında keçiriləcək. Bu, komandamızın yeni baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk məşqi olacaq.
Qeyd edək ki, fevralın 26-dək davam edəcək toplanış müddətində Azərbaycanın əsas millisi bir yoldaşlıq görüşü keçirəcək. Yığmamız fevralın 24-də "Mardan" stadionunda Ukrayna "Şaxtyor"u ilə üz-üzə gələcək.