İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Kolizey İnşaat"ın baş sponsorluğu və Sportnet.az-ın informasiya dəstəyi ilə Çempionlar Liqası ilə bağlı keçirilən "Çempion" yarışmasında gecənin nəticələri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, 4 iştirakçıdan heç biri nəticəni düzgün təxmin etməyib.
Yalnız bir iştirakçı oyundakı top fərqini düzgün tapıb və aktivinə bir xal yazdırıb.
25 fevral
Ağa Əliyev (104 FM) - 0 xal
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa) - 2:1
Elsevər Məmmədov (Qafqazinfo.az) - 0 xal
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa) - 2:0
Ceyhun Əliyev (Fanat.az) - 0 xal
"Bayer Leverkuzen" (Almaniya) - "Atletiko Madrid" (İspaniya) - 2:2
Ergün Seyid (Qol.az) - 0 xal
"Bayer Leverkuzen" (Almaniya) - "Atletiko Madrid" (İspaniya) - 0:2
24 fevral
Əliyar Ağayev (Hakim) - Top fərqini düzgün tapdığı üçün 1 xal
"Yuventus" (İtaliya) - "Borussiya" (Almaniya) - 1:0
Ramil Cahangirov ("Xəzər Lənkəran) - 0 xal
"Yuventus" (İtaliya) - "Borussiya" (Almaniya) - 1:1
Mehman Süleymanov ("Qəbələ" qəzeti) - Hesabı düzgün tapdığı üçün 3 xal
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2
Səbuhi Musayev (Sport7.az) - 0 xal
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:3
Qeyd edək ki, hesabı düz tapana 3, top fərqini düzgün müəyyənləşdirənə 1 xal verilir. Nəticə və top fərqini düzgün təxmin etməyən isə xalsız qalır.