1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA Çernoqoriya və Rusiyaya iş açdı
UEFA Çernoqoriya və Rusiya Futbol İttifaqına (RFS) qarşı intizam işinin açıldığını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, buna iki ölkə yığması arasındakı AVRO-2016-nın seçmə qrup matçının yarımçıq saxlanılması səbəb olub.
Çernoqoriya tərəfi öz azarkeşlərinin pirotexniki maddələr yandırmaqda və atmaqda, habelə, meydana yad əşyalar tullamaqda ittiham olunur. Bundan başqa matçın sonadək oynanılmaması səbəbindən onlara araşdırma başlatılıb.
RFS isə azarkeşlərinin pirotexnikadan yararlanması üzündən cəzalana bilər. Habelə, UEFA Rusiya tərəfindən İqor Akinfeyevin 1-ci dəqiqədə zədələnməsindən sonra 40 dəqiqəlik fasilənin ardından oyunun bərpa olunması ilə əlaqədar etiraz məktubu aldıqlarını təsdiqləyib.
Nəzarət, Etika və İntizam Komitəsinin iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, Çernoqoriya - Rusiya matçı 67-ci dəqiqədə Roman Şirokovun penaltini yerinə yetirə bilməməsindən sonra meydanda oyunçular arasında düşən toqquşma ilə əlaqədar dayandırılıb. Çernoqoriya yığmasına 0:3 hesablı məğlubiyyətin veriləcəyi gözlənilir.