Qəbələ şəhər stadionunda oturacaqların sayı 5000 nəfərə çatdırılacaq. Bu barədə Sportnet.az-a "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, klubun Avropa Liqasındakı oyunları zamanı meydanın kənarında əlavə 2 tribuna quraşdırılacaq. Buna hərəkətli tribunalar sayəsində nail olunacaq. Nəcəfov bildirib ki, stadionun Avropa Liqası qarşılaşmalarına hazırlanma prosesi sürətlə gedir. Arenanın UEFA-nın tələblərinə böyük ölçüdə cavab verdiyini deyən vitse-prezident qalan məsələlərin yaxın günlərdə tam həllini tapacağını əlavə edib.
Qeyd edək ki, UEFA "Qəbələ"nin Avropa Liqasındakı ilk 2 təsnifat mərhələsində ev oyunlarını doğma arenada keçirməsinə dair qərar verib. Komandanın rəqibləri iyunun 23-də atılacaq püşk nəticəsində müəyyənləşəcək. I təsnifat mərhələsi iyulun 3-də və 10-da, II təsnifat mərhələsi isə iyulun 17-də və 24-də olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |