Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, eniş dövrünü yaşayan İtaliyanın "Napoli" klubu öz meydanında Ukrayna "Dnepr"ini qəbul edəcək.
Avropa Liqasının son qalibi "Sevilya" klubu isə İspaniyada İtaliya "Fiorentina"sını sınağa çəkəcək.
Görüşlər Bakı vaxtı ilə 00:05-də start götürəcək.
Qeyd edək ki, Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları mayın 14-də keçiriləcək.
Avropa Liqası, yarımfinalın ilk oyunları
7 may
00:05.
"Napoli" (İtaliya) - "Dnepr" (Ukrayna) - 1:1
Qol: David Lopes, 48 - Yevgeni Seleznyov, 81
Baş hakim: Sveyn Moen (Norveç)
Neapol. San Paolo stadionu
"Napoli": Mariano Anduxar, Miqel Britos, Kristian Macco, Qulam, Raul Albiol, Jorjinyo, Marek Hamşik, David Lopez, Xose Kallehon, Qonzalo İquain, Lorenso İnsinye
"Dnepr": Denis Boyko, Duqlas, Valeriy Luçvekiç, Artyom Fedetskiy, Jaba Kankava, Leo Matos, Yevgeniy Çeberyaçko, Valeriy Fedorçuk, Ruslan Rotan (k), Nikola Kaliniç, Konoplyanka
00:05. "Sevilya" (İspaniya) - "Fiorentina" (İtaliya) - 3:0
Qollar: Aleyks Vidal, 17; 52. Kevin Qameyro, 75
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. Ramon Sançes Pisxuan stadionu
"Sevilya": Serxio Riko, Benua Tremoulinas, Daniel Karrisu, Timote Kolodzeyçak, Qjeqoj Krıxovyak, Xose Antonio Reyes (k), Ever Baneqa, Vitolo, Aleiks Vidal, Stefan Mbia, Karlos Bakka
"Fiorentina": Neto, Qonzalo Rodriqes (k), Stefan Saviç, Alonso, Nenad Tomoviç, Badel, Matias Fernandez, Xoakin, Borja Valero, Marko Qomes, Məhəmməd Salah