
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, ilk dəfə 1980-ci ildə açılan "Gradski" stadionu 2005 və 2010-cu illərdə yenilənib. 22050 tamaşaçı tutumuna malik arenada "Osiyek" klubu ev oyunlarını keçirir. İndiyədək "Gradski"də Xorvatiya millisi 8 oyun keçirib və heç birində uduzmayıb. Matçlardan 8-də meydan sahibləri qalib gəldikləri halda, 1 görüş qolsuz heç-heçə ilə nəticələnib. Millimizlə qarşılaşma Xorvatiyanın bu arenada 4-cü rəsmi oyunu olacaq. Daha öncə bu komanda 2002-ci il dünya çempionatının seçmə qrup matçında Latviyanı 4:1, 2014-cü il dünya çempionatının seçmə qrup matçında Uelsi 2:0 hesabı ilə yenib. Estoniya ilə 2004-cü il Avropa çempionatının seçmə qrup matçında isə hesab açılmayıb - 0:0.