
"Bakı" klubunun və Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin "Xəzər Lənkəran"a keçidində problem yaranıb. Sportnet.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçu cənub təmsilçisindən hər mövsümünə 600 min manat əmək haqqı istəyib.
Əliyev müqavilə üzrə "Bakı"ya məxsus olduğundan, bu məbləğə paytaxt klubuna ödənilməli olan transfer haqqı daxil deyil. "Xəzər Lənkəran" rəhbərliyi azərbaycanlı forvardın onlara həddən artıq baha başa gələcəyini nəzərə alaraq, onunla danışıqları dondurub.
Qeyd edək ki, Rauf Əliyev "Bakı"ya 2013-ci ilin yanvarında "Qarabağ"dan keçib.