Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, İtaliyanın "Fiorentina" klubu öz meydanın İspaniya "Sevilya"sını qəbul edib. İlk görüşdə 3:0, cavab oyununda isə 2:0 hesabı ilə qalib gələn İspaniya təmsilçisi finala adını yazdırıb.
Digər görüşdə isə Ukraynanın "Dnepr" komandası İtaliyanın daha bir təmsilçisi "Napoli" ilə qarşılaşıb. İtaliyada baş tutmuş ilk görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Ukraynada isə 1:0 hesabı ilə qələbə qazanan "Dnepr" fınala adlayıb.
Avropa Liqası, yarımfinal mərhələsinin cavab matçları
14 may
00:05. "Fiorentina" (İtaliya) - "Sevilya" (İspaniya) 0:2
Qollar: Karlos Bakka, 22, Daniel Karrisu, 27
(ilk görüş 0:3)
"Fiorentina": Neto, Qonzalo Rodriqes, Saviç, Basanta, Pizzaro, Fernandez, Xoakin (k), Borja Valero, İliçiç, Salah
"Sevilya": Riko, Tremoulinas, Daniel Karrisu, Kolodzeyçak, Krıxovyak, Xorxe (k), Baneqa, Vitolo, Aleiks Vidal, Mbia, Bakka
00:05. "Dnerp" (Ukrayna) - "Napoli (İtaliya) 1:0
Qol: Yevqeni Seleznyov, 57
(ilk görüş 1:1)
"Dnepr": Boyko, Duqlas, Luçvekiç, Fedetskiy, Kankava, Leo Matos, Çeberyaçko, Fedorçuk, Rotan (k), Konoplyanka, Selevnyov
"Napoli": Anduxar, Britos, Maggio (k), Qulam, Albiol, İnler, David Lopez, Kallehon, İquain, İnsinye, Qabbyadini