"Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Belarus milli komandasının heyəti müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, heyətdə azərbaycanlı idman həvəskarlarına tanış olan simalar da var.
"Baku Fires” klubunda bu mövsüm WSB Liqasında bir döyüş keçirmiş Leonid Çernobayev ölkəsini 91 kq çəki dərəcəsində təmsil edəcək. Bu klubun sabiq boksçusu Məhəmməd Nuruddinov da Bakıya gələcək.
Avropa çempionatının gümüş mükafatçısı 69 kq çəki dərəcəsində yarışacaq. Belarus yığmasının liderlərindən biri erməni əsilli qitə çempionu Vazgen Safaryants (60 kq) olacaq. İvan Fiqurenko (52 kq), Dmitri Asanov (56 kq), Yevgeni Dolqolivets (64 kq), Vitali Bondarenko (75 kq) və Sergey Novikov da (81 kq) Avropa Oyunlarında mübarizə aparacaqlar.

Qadınların turnirində Yana Burim (61 kq) və Viktoriya Kebikova (75 kq) çıxış edəcəklər.