
Türkiyə Super Liqasında XXXII tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Beşiktaş" klubu evdə gözlənilmədən "Konyaspor"a uduzub - 0:1.
Bu nəticədən sonra 66 xalla qalan "qartallar" çempionluq şanslarını tam itiriblər. Hazırda baş məşqçi Slaven Biliçin komandasını lider "Qalatasaray"dan 7 xal ayırır. Son 2 turda çempionluq uğrunda mübarizə "Cim-Bom"la ondan 3 xal geri qalan "Fənərbağça" arasında gedəcək.
Qeyd edək ki, günün digər matçında "Rizəspor" "Akhisar"ı məğlub edib - 3:1.








































































