
"Qəbələ"nin keçmiş baş məşqçisi Yuriy Syomin Rusiyanın "Anji" klubuna keçə bilər. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis çalışdığı "Mordoviya" klubundan ayrılmağa çox yaxındır.
Müqaviləsinin müddəti yekunlaşan Syomin yeni anlaşma imzalamaq istəməyib. "Anji" isə baş məşqçisi Serqey Taşuyevi istefaya göndərib.
Müqaviləsinin müddəti yekunlaşan Syomin yeni anlaşma imzalamaq istəməyib. "Anji" isə baş məşqçisi Serqey Taşuyevi istefaya göndərib.
Qeyd edək ki, Maxaçqala klubu hazırda I divizionda son tur öncəsi ikinci pillədə qərarlaşıb və Rusiya Premyer Liqasına vəsiqəni təmin edib.













































































