FİFA prezidenti seçkisinin nəticələrinə Azərbaycan dövləti səviyyəsində münasibət bildirilib. Sportnet.az-ın məlumatına görə, bununla bağlı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvit atıb.
O yazıb: "Çox maraqlıdır, siyasətdə istifadə olunan üsullar idmanda da asanlıqla tətbiq olunmağa başlayıb. Gizli səsvermə olduğundan, görünür, səslər yalnız Blatterə verilməyib. Bu, ABŞ və Avropaya etirazdır".
Qeyd edək ki, FİFA-nın hazırkı prezidenti Yozef Blatter təşkilat daxilində böyük korrupsiya qalmaqalı fonunda 5-ci dəfə bu vəzifəyə seçilib.