1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Topdaşıyanı təhqir edən futbolçu cəzalandı
Almaniya Futbol İttifaqı "Volfsburq" klubunun futbolçusu Kevin de Brüyneni 20 min avro cərimələyib. Sportnet.az-ın məlumatına görə, buna 24 yaşlı yarımmüdafiəçinin "Ayntraxt"la oyun zamanı topdaşıyan oğlanı təhqir etməsi səbəb olub.
Matçın gedişində top meydanı tərk edib. De Brüyne isə ingiliscə söyüşdən yararlanaraq, topdaşıyandan topu verməyi tələb edib. Sonradan belçikalı oyunçu üzr istəyib və futbolkasını hədiyyə edib.
Qeyd edək ki, analoji hadisə Azərbaycan Premyer Liqasında XIX turun "İnter" - "Sumqayıt" matçında da baş verib. Lakin meydan sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadze topdaşıyan oğlanı təhqir etsə də, üzr istəməyib. Üstəlik, klub rəhbərliyi onun təhqirə yol vermədiyini, sadəcə, topdaşıyanı acıladığını iddia edib.