Türkiyənin Sakarya 1-ci həvəskarlar liqasının C qrupunda keçirilən qarşılaşmada qalmaqal yaşanıb. Sportnet.az-ın məlumatına görə, "Yıldırımspor" - "Hendek Dereköyspor" arasında keçirilən oyunda qırmızı vərəqə alan futbolçu və komanda yoldaşları baş hakimi döyməyə çalışıb.
"Qırmızı"nın sahibi Ziya Sarı baş hakim Mehmet Akıncıka yumruq atıb. Referinin şikayətindən sonra futbolçu polis əməkdaşları tərəfindən saxlanılıb.