
Bu həftəsonu şahmat üzrə Almaniya Bundesliqasında növbəti oyunlar keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Viernheim" klubunun şərəfini qoruyan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da bu turda çıxış edəcək.
Səkkiz turdan sonra komanda 11 xalla beşinci yerdədir, lakin bir oyun az keçirib.
Fevralın 22-də “Viernheim” “Bad Mergentheim”, ertəsi gün isə “Drezden”lə qarşılaşacaq.
Qeyd edək ki, "Viernheim"in heyətində Hikaru Nakamura (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan), Yan-Kşiştof Duda (Polşa) və digər məşhur şahmatçılar da var.