
"Əslində mən bura dəvət olunmamışdım. Mahir müəllim demişdi kimisə yolla. Amma necə gəlməyə bilərəm?"
Sportnet.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Şahmat Federasiyasının (AŞF) Növbəti Konfransında çıxışı zamanı deyib.
Nazir hər bir federasiya kimi, AŞF-nin də onun üçün əziz olduğunu bildirib. Amma onun fikrincə, bu federasiyanın gördüyü işlər göz önündədir: "Bizim əlaqələrimiz yüksək səviyyədədir, bir-birimizi başa düşürük.
Düşünürəm ki, yeni nailiyyətlərimiz irəlidədir. Çünki çox yaxşı komandamız var. Nəticələr də göz qabağındadır".