
Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, A qrupunda 9 turda hamıdan çox - 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.
Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vasiliy Bernardskiy turniri ikinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.
B qrupunda Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimli ilə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.
Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.