
Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə yarışlara start verilib.
Sportnet.az xəbər verir ki, ilk gündə həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşib.
Yarımfinal görüşlərinin nəticələrinə əsasən hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.
Kişilər arasında:
Özbəkistan – Azərbaycan - 0:2
Qazaxıstan – Rusiya - 0:2
Qadınlar arasında:
Özbəkistan – Rusiya - 1:2
Belarus – Azərbaycan - 1:2
Final görüşləri 27 sentyabrda keçiriləcək. Başlama saatı isə 10:00 müəyyənləşdirilib.
-----------------------------
III MDB oyunları çərçivəsində Qəbələdə keçirilən stolüstü tennis yarışında Azərbaycannın kişilərdən ibarət komandası finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, yığma Özbəkistanla üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komanda sabah finalda Rusiya ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq - qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.