
III MDB Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarında final görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanın həm kişilər, həm də qadınlardan ibarət komandası finalda Rusiya ilə qarşılaşıb.
Hər iki görüş rəqib kollektivlərin qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan millisi MDB Oyunlarına iki gümüş medalla başlayıb.
Qızlardan ibarət komandada Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova, oğlanlar komandasında Onur Quluzadə, Adli Əhmədzadə və Rüstəm Hacılı yer alıb.
Qeyd edək ki, III MDB Oyunlarında stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.