
"Ev sahibi olduğumuz üçün həyəcanlı idim".
Sportnet.az-ın məlumatına görə, bunu III MDB Oyunlarında fərdi mübarizədə finala yüksələn Azərbaycan stolüstü tennisçisi Mərziyə Nurmətova deyib.
O, finala çıxmaq hədəfinə çatdığını bildirib: "Komanda yarışında da ikinci olduq. Sabah finalda rusiyalı idmançıya qarşı oynayacağam. İnanıram ki, qızıl medal qazanacağam".
Qeyd edık ki, finalda Mərziyə Nurmətova Amina İlumbetova ilə, 3-cü yer uğrunda görüşdə isə Yağmur Məmmədli Məftunə Qulimova ilə üz-üzə gələcək.