Azərbaycanın üç stolüstü tennisçisi III MDB Oyunlarında fərdi yarışların finalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib.
Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər. Final oyunları sentyabrın 29-da keçiriləcək.
Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın həm oğlan, həm də qızlardan ibarət komandası hərəyə bir gümüş medal qazanıb.




































































