Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yanvarın 17-dən Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.
Yanvarın 27-dək davam edəcək təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.












































































