1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Məmmədovun rəqibi: "Dünya Kubokunda favorit yoxdur"
"Əvvəllər də Azərbaycanda olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam". Sportet.az-ın məlumatına görə, bunu Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında şahmat üzrə Bakıda keçirilən "Dünya Kuboku-2015"in iştirakçısı Fabiano Karuana deyib.
Kubokun 1/32 final mərhələsində Rauf Məmmədovla üz-üzə gələcək italyan əsilli ABŞ təmsilçisi təşkilatçılıqdan razı qaldığını söyləyib. O ilk mərhələdə asan qələbə qazandığını bildirib: "Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm. Raufla görüşdə favorit göstərilməyim düz olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan. Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə hər ikimiz üçün çətin olacaq".
Dünyanın 5-ci şahmatçısı olan və yüksək reytinqinə görə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq Karuana Bakıda da uğur qazanmaq niyyətində olduğunu söyləyib: "Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam".