1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanın 3 şahmatçısı 1/8 final üçün yarışacaq
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start veriləcək. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 3 zəka sahibi bu mərhələdə qüvvəsini sınayacaq.
Teymur Rəcəbov rusiyalı Peter Svidlerlə, Qədir Hüseynov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov isə hindistanlı Seturaman P. Seturamanla münasibətlərinə aydınlıq gətirəcək. Təşkilatçı ölkənin hər üç şahmatçısı ilk oyunda ağ fiqurlarla çıxış edəcək.
Görüşlər saat 15:00-dan start götürəcək.
Qeyd edək ki, Azərbaycanın daha 3 təmsilçisindən Eltac Səfərli və Vasif Durarbəyli 1/64 finalda, Rauf Məmmədov isə 1/32 finalda mübarizəni dayandırıb. Dünya Kubokuna 45 ölkədən 128 idmançının iştirakı ilə start verilib. Oktyabrın 4-də Kubokun final oyunu keçiriləcək.