Bu gün Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun abidəsinin açılış mərasimi olub. Sportnet.az-ın məlumatına görə, tədbirdə gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov şahmatçının adının əbəbiləşdirilməsi haqda danışıb.
O deyib: "Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki. Vüqara oxşasınlar".

Daha sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: "İlk olaraq Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacayıq".
Açılış mərasiminə qatılan idman ictimaiyyətinin nümayəndələri arasında futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov da olub. Sadıqov Sportnet.az-a açıqlamasında tədbirə dəvət aldığını və iştirakı özünə borc bildiyini söyləyib: "Tədbirə getdim və özümlə gül dəstəsi də apardım. Hesab edirəm ki, Vüqar Həşimov kimi şahmatçının xatirəsi hamımız üçün əziz tutulmalıdır. Açılış mərasimində atası Qasım Həşimov maraqlı fikir bildirdi. Dedi ki, Vüqarın abidəsi üzərində soyadı və doğum tarixinin yazılmasını istəməyib. Adının əbədi yaddaşlara həkk olunması üçün sadəcə Vüqar kimi qallmasını münasib sayıb. Mən də onun bu fikirlərinə qatılıram".

Qeyd edək ki, bürüncdən olan abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir.