Ümumdünya Şahmat Olimpiadasının son turunda ürəyi tutan Seyşel adaları yığmasının şahmatçısı Kurt Meyer vəfat edib. Sportnet.az-ın məlumatına görə, 67 yaşlı şahmatçı Ruanda ilə oyun zamanı özünü narahat hiss edib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, daha öncə Özbəkistanın adı açıqlanmayan şahmatçılarından birinin meyiti Norveçin Trömse şəhərindəki oteldən tapılıb. _________________________________________________________________________________________________________________________________
14 avqust 20:42. Azərbaycan yığmasının oyunu zamanı insident
Bunu görən Meyerin komanda yoldaşı bərk qışqırıb və köməyə həkim çağırıb. Həmin vaxt şahmat stolu arxasında olanların çoxu qışqırtını terror təhlükəsi hesab edərək, zaldan qaçmağa başlayıb. Bir dəqiqə sonra zaldakı növbətçi həkim zərərçəkənin yanında olub. Ardından təcili yardım özünü hadisə yerinə çatdırıb. Həkimlər şahmatçını uzun müddət zalda özünə gətirməyə çalışıblar və sonra xəstəxanaya aparıblar. Bu vaxt Meyer sağ olub. Qaçan şahmatçılar isə geri qayıdaraq, oyunu davam etdiriblər. Hələlik zərərçəkənin son durumu barədə məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan millisi axırıncı turda ABŞ-la qarşılaşıb və qələbə qazanıb - 2,5:1,5.