1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər bir şahmatçı komanda üçün oynadı"
Azərbaycan Şahmat Federasiyanın I vitse-prezidenti Faiq Həsənov Yunanıstanın Krit adasındakı Avropa çempionatından sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni Təqdim edir...
- 3-cü dəfə Avropa çempionu olmaq. Bu necə hissdir?
- Prezidentimiz idmana, o cümlədən, şahmata qayğı göstərir, dəstək verir, arxamızda durur. Bu qayğının nəticəsidir ki, biz belə bir etimad olduğuna görə, yüksək nəticə göstərdik. Biz medallardan birini qazanmağı qarşımıza məqsəd qoymuşduq. Əmsala görə ikinci komanda idik. Bizdən öndə yalnız Rusiya idi. Məqsədimiz o idi ki, ilk 3-lüyə düşək. Çempionluq uğrunda mubarizə aparaq. O 3 yerdən başqa məqsəd olmamalı idi. Bu qələbə çox çətin oldu. Ona görə ki, ilk turda məğlub olan, 3-cü turda heç-heçə etdən komanda çox nadir hallarda qalib olur. Çox güclü komandalar var idi. Rusiyanı, Ukraynanı, Ermənistanı, İngiltərəni, Polşanı, Almaniyanı misal göstərə bilərəm. İlk məğlubiyyət təsadüf oldu. Ona görə ki, belə yarışlar İsveçrə sistemi ilə olanda, ilk turda güclü komandalar zəiflərlə qarşılaşır. Bu sistemin bir qaydasıdır. Heç kəs inanmaq istəmirdi ki, Azərbaycan zəif komandaya uduzdu. Komanda üzvləri bu məsuliyyəti başa düşdülər. Hər turdan sonra oyunları daha da yaxşı olmağa başladı. Ondan sonra komandamız məğlub olmadı. Ardıcıl 5 qələbə qazandıq. Son turda da bizi heç-heçə qane edirdi. Bunu da etdik.
- Ümumiyyətlə, Şahmatçıları hazırlayırdınızmı? Yoxsa artıq bilirdiniz kim nəyə qadirdir? Bu yarışa hazırlıq əslində necə getdi?
- Əlbəttə onların öz məşqçiləri var. Ondan başqa elə zamandır ki, şahmatı kompütersiz təsəvvür etmək olmaz. Hər bir şahmatçının güclü kompüteri olmalıdır. Eyni zamanda onların məsləhətçiləri olmalıdır. Eltaç Səfərlinin rolu bu dəfə başqa idi. O uşaqlara kömək edirdi. Hər bir oyundan əvvəl bütün uşaqların variantlarına, debütlərinə, hər şeyə birlikdə baxırdılar. Onun çox böyük köməyi oldu. Bizim bu şahmatçılar elə səviyyədədirlər ki, onların məşqçilərinə köməkçi demək olar. Belə səviyyədə şahmatçının yalnız köməkçi kimi variantlarına baxa bilərlər. Ona görə mən çox sevinirəm ki, bizim çox sağlam, mehriban komandamız var. Şahmatçılar elə səviyyədədirlər ki, hətta bir-biriləri ilə rəqabət aparmalıdırlar. Təbii ki, şəxsi turnirlərdə çıxış edəndə. Bu, sağlam rəqabətdir. Hər bir şahmatçı komanda üçün oynadı. Komandada heç kim öz bildiklərini əsirgəmirdi. Hamısı bir birinə kömək olurdu.