Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirin iştirakçıları Şəmkirdəki Heydər Əliyev Mərkəzində uşaqlara seans keçiblər.
"ShamkirChess 2019"un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, seans 40 lövhədə olub. Uşaqlarla dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand, Rusiya şahmatçıları Sergey Karyakin, Aleksandr Qrişuk, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, eləcə də Aniş Giri, David Navara, Veselin Topalov şahmat oynayıb.
Sonda qrossmeysterlər yeniyetmə şahmatçılarla xatirə şəkli çəkdiriblər.