Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişilər və qadınlar arasındakı Dünya Kuboklarında iştirakçı sayını və mükafat fondunu artırıb.
Sportnet.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, kişilərin mübarizəsində rekord sayda - 206 şahmatçı çıxış edəcək. Mükafat fondu isə 1 milyon 890 min ABŞ dollar olacaq.
Qadınların yarışında mükafat fondu 50 faiz artırılaraq 676 min ABŞ dolları müəyyən edilib. Yarışda 103 oyunçu iştirak edəcək.
Dünya Kubokları 2021-ci ilin ikinci yarısında Rusiyada gerçəkləşəcək. Turnirin vaxtını məqbul saxlamaq üçün 156 şahmatçı 1-ci turdan mübarizəyə qoşulacaq. 50 ən yaxşı oyunçu isə birbaşa ikinci turda çıxış edəcək.
Qeyd edək ki, 2019-cu ildə Dünya Kubokunu Teymur Rəcəbov qazanıb.