Beynəlxalq Şahmat Federasiyası (FIDE) komandalararası dünya çempionatını təxirə salıb.
Spoortnet.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, İsrailin ev sahibliyi edəcəyi turnir bu ilin aprelində yox, noyabrda keçiriləcək.
Qurum bu addımı Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən iki ölkə komandalarının dünya çempionatında iştirak edə bilməmələri ilə əlaqləndirib.
Bildirilib ki, qərarda digər komandaların mundialda iştiraklarını təsdiq etməmələri də həlledici rol oynayıb.
FIDE hər iki ölkəni hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Qeyd edək ki, daha əvvəl 7 - 14 apreldə keçirilməsi planlaşdırılan dünya çempionatına Azərbaycan yığmasının da qatılması nəzərdə tutulurdu.