
"Nakamura kimi oyunçuların İddiaçılar Turnirində olması şahmat üçün çox vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsində ABŞ təmsilçisi Hikaru Nakamuraya qarşı ilk yarımfinal görüşündən sonra deyib.
O, 35 yaşlı qrossmeysterin şahmat dünyasında olduqca populyar olduğunu bildirib.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov və Hikaru Nakamura arasında ilk qarşılaşma heç-heçə başa çatıb. Cavab görüşü martın 31-də olacaq.