Rusiyada keçirilən şahmat üzrə "Moscow open" turnirində xoşagəlməz hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, robot onunla şahmat oynayan 7 yaşlı uşağın barmağını sındırıb.
Moskva Şahmat Federasiyasının prezidenti Sergey Lazarev belə bir olayın yaşandığını təsdiqləyib. O bildirib ki, robot gedişləri sürətli etdiyindən azyaşlı şahmatçıya xəsarət yetirib.
Uşağın valideynləri baş vermiş hadisə ilə bağlı müvafiq qurumları şikayət etməyi planlaşdırır.