
Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, kişilərdən ibarət yığma ilk görüşünü Əlcəzair seçməsinə qarşı keçirəcək.
Qadınlar isə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq kollektivi ilə üz-üzə gələcək.
Azərbaycan - Əlcəzair
Rauf Məmmədov - Ali Nassr
Qədir Hüseynov - Lamine Brahami
Vasif Durarbəyli - Massinas Cabri
Nicat Abbasov - Xalil Bengerabi
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri
Xanım Balacayeva - Moza Al-Mansuri
Gövhər Beydullayeva - Vafiya Al-Maamari
Gülnar Məmmədova - Aişa Al-Maini
Ülviyyə Fətəliyeva - Essa Ruda
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.