Azərbaycanın stolüstü tennisçisi Mərziyyə Nurmətova Çexiyanın Havirov şəhərində 15 və 17 yaşadək idmançılar arasıda keçirilən "Eurotalents Development Camp" turnirdə gümüş medal qazanıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, o, yalnız finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Oğlanların mübarizəsində isə Adil Əhmədzadə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, turnirdə Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri yarışıblar.