Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Sportnet.az-a verilən məlumsts görə, açılış mərasimində çıxış edən qurumun vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb. Federasiya rəsmisi bu cür yarışların stolüstü tennisin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Gənclər və ldman Nazirliyi ilə federasiyanın birgə təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparırlar.
Qeyd edək ki, yarışa dekabrın 4-də yekun vurulacaq. Fərqlənən idmançılar AGİN-nin diplomları va ASTF-nin qiymətli hədiyyələri ilə təltif olunacaqlar.