Çin şahmatçısı Dinq Liren 17-ci dünya çempionu adını qazanıb.
Sportnet.az xəbər verir ki, 31 yaşlı qrossmeyster dünya şahmat tacı uğrunda tay-breyk görüşünün Qazaxıstanın paytaxtı Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.
Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.
Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.