
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçirilir.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur. Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.
Əsasnaməyə görə A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü - 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.
Respublika Şahmat Olimpiadasına avqustun 15-də yekun vurulacaq.