
Azərbaycan şahmatçısı Nicat Abasov Dünya Kubokuna vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, o, Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatındakı nəticəsi ilə buna nail olub.
Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub ki, bu nəticə Dünya Kubokunda iştirak hüququna yiyələnmək üçün kifayət edib.
Digər azərbaycanlı şahmatçı Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.