Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.

 

Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, seçmə komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə hazırlaşacaq.

 

Hazırlıq iyulun 5-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında keçiriləcək. Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.

 

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Azərbaycan millisinin üzvləri mütəmadi olaraq Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.