
Iyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi yarışa 6 idmançı ilə qatılacaq.
Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə baş məşqçi Mixail Timofeyev və məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında Ostravaya yollanıblar.
Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.