
Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq yarışa qatılacaqlar
Sportnet.az xəbər verir ki, Azərbaycan seçmə komandası bu gün Türkiyəyə yollanıb.
Komandanın üzvləri Hilal Həsənov, Nihad Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə “WTT Feeder Cappadocia” turnirində iştirak edəcəklər.
Yarış sentyabrın 20-də yekunlaşacaq.