
Gürcüstanın ən tanınmış idmançılarından olan Nikoloz Basilaşvili saxlanılıb.
Sportnet.az xəbər verir ki, tennisçi keçmiş həyat yoldaşına qarşı fiziki güc tətbiq etməkdə ittiham olunur. Basilaşvili mayın 22-də saxlanılıb.
Hadisədə idmançının atasının da adı hallanır. Yayılan məlumatlara əsasən, Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər.
İdmançının azyaşlı uşağı hadisənin şahidi olub. Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır.