Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) nümayəndə heyəti Sərsəng su anbarına baxış keçirib.
Sportnet.az-ın məlumatına görə, bu barədə AKAF-ın baş katibi Fərhad Əliyev açıqlama verib.
O bildirib ki, Ağdərə rayonu ərazisindəki məkanda bu il yarış və təlim-məşq toplanışları təşkil olunacaq. Əliyevin fikrincə, bunun üçün hər cür şərait var.













































































